Şabranda bir həftə əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb

Şabranda bir həftə əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb
# 29 iyul 2017 10:40 (UTC +04:00)

Şabran rayonunda bir həftə əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 22-də Şabran rayonu ərazisində Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri – Bakı şəhər sakinləri Fatma Quliyeva və Günel Şirəliyeva xəstəxanaya yerləşdiriliblər. G. Şirəliyeva iyulun 28-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR