“Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentləri tərəfindən yeni layihələrə əlavə olaraq 12 mln. manat investisiyanın qoyulması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Sənaye Parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib, bunlardan 2-si artıq fəaliyyət göstərir.
Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına ümumilikdə 36,6 mln. manat investisiya yatırılıb və 120 iş yeri yaradılıb.