Əfqanıstanda sülh və təhlükəsizliyin təminatı üçün Taliban danışıqlar masasına dəvət olunub

Əfqanıstanda sülh və təhlükəsizliyin təminatı üçün Taliban danışıqlar masasına dəvət olunub
# 11 iyul 2018 15:05 (UTC +04:00)

“Əfqanıstan hökuməti və “Taliban” hərəkatı arasındakı münaqişənin bitməsinin optimal yolu milli dialoqun baş tutmasıdır”.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanında baş tutmuş “Əfqanistanda sülh və istiqrar” mövzusuna həsr olunmuş ikigünlük beynəlxalq müsəlman üləma konfransının yekununda qəbul edilmiş “Məkkə” bəyannaməsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, məsələnin həlli qarşılıqlı anlaşma və birbaşa sülh danışıqlarından keçir. Konfrans iştirakçıları bu sənədlə müsəlmanları dinlərinin müdafiəsi üçün zorakı ekstremizmə qarşı davamlı mübarizə aparmağa, Əfqanıstan hökuməti və Taliban hərəkatını sülh, eləcə də atəşkəsə əməl etməyə çağırıb.

Sənəddə Əfqanıstanda ölüm halları qınanılıb və münaqişənin bütün tərəflərinə Allahın əmrinə tabe olmağa, qardaşlar arasında bu fitnəni sona çatdırmağa dair müraciət edilib.

Bütün müsəlman ölkələri mümkün potensiallarından istifadə edərək Əfqanıstanda sülh və təhlükəsizliyin bərpası üçün birgə səylər göstərməyə dəvət edilib.

Konfrans iştirakçıları Əfqanıstanın prezidenti Əşrəf Qani tərəfindən göstərilən səylər qiymətləndirilib və Talibanı danışıqlar masasına əyləşməyə dəvət edib.

Qeyd edək ki, beynəlxalq müsəlman üləma konfransında Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR