Bu il 54 milyondan çox sərnişin taksi xidmətindən istifadə edib

Bu il 54 milyondan çox sərnişin taksi xidmətindən istifadə edib
# 16 noyabr 2016 06:49 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 116,3 mln. ton yük, 1396,9 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.

Sərnişinlərin 96,1%-i və ya 1 mlrd. 342 mln. 421 min nəfəri avtobus, 3,9%-i və ya 54 mln. 479 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR