Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.
O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.
N.Giorqobianinin sözlərinə görə, əməliyyat zamanı saxlanılan və zərərsizləşdirilmiş şəxslər Gürcüstan vətəndaşları deyil: “Kriminal qrup üzvlərinin kimliyinin müəyyən olunması üçün beynəlxalq antiterror əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir”.