Qazaxıstan ərazisinə iki “uçan boşqab” düşüb
14 may 2009 11:59 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisənin şahidlərindən Vladimir Bıçkov hadisənin gecə saat 3 radələrində baş verdiyini bildirib: “Təqribən gecə saat üç radələrində uşaqlar hansısa qəribə kürələrin uçuşduğunu dedilər. Çox böyük odlu kürələr idi, onlardan ətrafa sarı, qırmızı, yaşıl rəngdə qığılcımlar yayılırdı”. Yerli sakinlərin sözlərinə görə, “uçan boşqablar” fermerlərə məxsus şumlanmış əraziyə düşdüklərini bildiriblər: “Biz əvvəlcə yaxınlaşmağa qorxduq, sonra kürələr soyudu və biz əlimizlə ona toxunduq. Kürələrin hansı materialdan hazırlandığını müəyyənləşdirə bilmədik. Sındırmağa çalışdıq, amma mümkün olmadı. Zərbə vurduqca ətrafa qığılcım yayılırdı”. Vladimir Dyadkov adlı sakin gümüşü rəngli kürənin diametrinin təqribən 60 santimetr olduğunu, kürənin bir tərəfindən kiçik çıxıntı olduğunu deyib. Rəsmi dairələr hələlik faktı şərh etməyiblər. Hazırda kürələri araşdırmaq üçün bölgəyə xüsusi qrup ezam olunub.
MDB
Rusiya Prezidenti: “Taliban”la hansısa formada əlaqələr qurmalıyıq
17:36
28 may 2024
Putin: Rusiya Xarkov istiqamətində təhlükəsizlik zonası yaradır
17:30
28 may 2024
Putin: Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir
17:09
28 may 2024
Rusiyada yol polisinə yenidən "QAİ" adı qaytarılıb
16:20
28 may 2024