Respublika İncəsənət Gimnaziyasında Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə sərgi keçirilib

Respublika İncəsənət Gimnaziyasında Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə sərgi keçirilib
# 15 may 2009 13:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Respublika İncəsənət Gimnaziyasında görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Firudin Köçərli adına Uşaq Kitabxanası, Media və Təhsil İnnovasiyalar Mərkəzi tərəfindən təşkil olunan sərgidə müxtəlif janrlarda olan 100-ə qədər əl işi sərgilənib. S. Bəhlulzadənin tələbələri müəllimləri ilə bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda 30 ən yaxşı əl işinin müəllifi diplom və hədiyyələrlə mükafatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR