Şimali Kipr və Xorvatiya rəhbərləri Azərbaycan prezidentini təbrik ediblər

Şimali Kipr və Xorvatiya rəhbərləri Azərbaycan prezidentini təbrik ediblər
# 01 iyun 2016 15:42 (UTC +04:00)

Bakı – APA. Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, M. Akıncının məktubunda deyilir:

“Möhtərəm president, qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza Şimali Kipr Türk Respublikasının xalqı adından və şəxsən öz adımdan ürəkdən gələn ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram”.

İ. Əliyevi həmçinin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç təbrik edib. Onun məktubunda deyilir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan sizi səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası iki dost dövlət olub, qarşılıqlı maraq kəsb edən bir çox sahədə əməkdaşlıq edirlər. Əminəm ki, qarşıdakı dövrdə biz əlaqələrimizi daha da gücləndirəcək, xüsusən iqtisadi sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Cənab prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR