Nizami Kino Mərkəzi dünya teatrlarının yeni tamaşalarını təqdim edəcək

Nizami Kino Mərkəzi dünya teatrlarının yeni tamaşalarını təqdim edəcək
# 04 dekabr 2015 14:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, British Council Azərbaycan, Birləşmiş Krallığın Bakıdakı səfirliyi və CoolConnections şirkəti ilə birgə şəhər sakinlərinə Britaniyanın Milli Teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. dünya teatrlarının ən yeni tamaşalarını təqdim edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət əsərlərini izləməyə imkan yaratmaqdır.

Mövsüm dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı dahi Vilyam Şekspirin “Hamlet” tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq.

TheatreHD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayiş tarixi dekabrın 15-nə planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR