Türkiyədə arvadı ilə dalaşan gənc iki ailədən 9 nəfəri qətlə yetirib

Türkiyədə arvadı ilə dalaşan gənc iki ailədən 9 nəfəri qətlə yetirib
# 05 fevral 2016 11:52 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Qaziantep vilayətində iki ailənin 9 üzvü qətlə yetirilib.

APA-nın yerli mətbuata istinadən xəbərin görə, Yusif Taş adlı gəncdən boşanmaq istəyən arvadı, 19 yaşlı Tuba 6 ay əvvəl evi tərk edib. Yusif Taşın barışmaq istəyinə müsbət cavab verməyən arvadı öz xalasının evinə köçüb. Bundan qəzəblənən gənc odlu silahla həmin evə basqın edib. Həmin vaxt evdə olan arvadı ilə yanaşı, onun 39 yaşlı xalası Şenel Çaxmağı, onun oğlu, 16 yaşlı Əhmədi, 23 yaşlı Duran Taşı öldürüb, 2 nəfərə isə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yusif T.nin axtarışları davam edərkən hadisənin baş verdiyi ünvandan 6 km uzaqlıqda yerləşən məhəllədə eyni ailədən 5 nəfərin meyiti tapılıb. Öldürülənlər Yusif Taşın əmisi Mustafa, arvadı Gülay, uşaqları Türkan, Furkan ve Güldür.

Hazırda polis iki qətliam arasında əlaqə olub-olmadığını araşdırır. İlkin ehtimala görə, axtarışda olan şəxs bu hadisədən sonra öz əmisinin evinə gedərək, 5 nəfəri öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR