Biləsuvarda iri taxılçılıq kompleksi və otel tikiləcək
12 oktyabr 2016 05:56 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il oktyabrın 7-də Biləsuvar rayonunun Ağalıkənd kəndində işgüzar forum keçirib.
“APA-Economics” fondun yaydığı məlumata istinadən xəbər verir ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- iri taxılçılıq, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması;
- 3 ulduz otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.
Sahibkarlıq
Bakıda “Yango” şirkətinin tərəfdaşı olan və yeni avtomobillərə malik taksi parkı açılıb - FOTO
17:17
27 may 2024
Bakının ən çox və ən az əməkhaqqı alan rayonları - Siyahı
16:14
27 may 2024
Azad edilmiş ərazilərdə biznes fəaliyyəti üçün güzəştlər açıqlanıb
12:21
27 may 2024
Füzuli şəhərində ilk elektronika və məişət texnikası mağazası fəaliyyətə başlayıb - FOTO
11:46
27 may 2024