Publik hüquqi şəxslərlə əlaqədar Dövlət Xidmətlərinin Elektron Reyestrində yeni bölmə yaradılıb

Publik hüquqi şəxslərlə əlaqədar Dövlət Xidmətlərinin Elektron Reyestrində yeni bölmə yaradılıb
# 13 dekabr 2016 10:21 (UTC +04:00)

Publik hüquqi şəxslərlə əlaqədar Dövlət Xidmətlərinin Elektron Reyestrində yeni bölmə yaradılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu qayda dövlət xidmətlərinin Elektron Reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Elektron Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini, mühafizəsini və bu istiqamətdə əlaqələndirməni təmin edən səlahiyyətli orqan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Qaydaya əsasən Elektron Reyestr mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestri, yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestri və xidmət göstərən qurum barədə məlumat bölmələrindən ibarət olub. Dəyişikliyə əsasən Elektron Reyestrdə digər qurumlar tərəfindən həyata keçirilən xidmətlərin reyestrləri bölməsi yaradılıb. Bu qurumlara dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR