Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Dekabr
# 09 dekabr 2016 17:22 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Suriyanın gələcəyinə dair danışıqlar masası arxasında daha ürəkli əyləşmək üçün Türkiyənin əlini möhkəmlətməsi lazımdır. Bunun üçün ilk görüləcək iş “Fərat qalxanı” əməliyyatı başlayan zaman müəyyən olunan hədəflərə çatmaq olmalıdır. Suriya ilə sərhədlərin İŞİD, PKK və digər terrorçu qruplaşmalardan təmizlənməsi, terror elementlərinin ölkəyə daxil olmasının qarşısını almaq, Azad Suriya Ordusunu gücləndirmək, Hələb, Kərkük, Mosul xəttində möhkəmlənmək əsas hədəflər olmalıdır. Ankara ilk dəfə olaraq bu istiqamətdə ardıcıl siyasət yürütməyə başlayıb, Türkiyənin daxili və xarici siyasətində, iqtisadiyyatında yaşanan təlatümlər bu siyasətlə əlaqədardır. Türkiyəni Suriyanın gələcəyinə dair planlardan kənardan qoymaq istəyənlər ölkəni hər üsulla zəiflətməyə çalışırlar. Bu prosesdə FETÖ-nün dünyadakı bütün imkanları səfərbər olunub. “Fərat qalxanı” əməliyyatını ciddi şəkildə izləmək vacibdir, çünki Türkiyənin gələcəyi böyük ölçüdə bu əməliyyatın nəticəsindən asılı olacaq...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR