İnformasiya və rabitə sektorunda göstərilən xidmətlərin 60,2%-i mobil telefon operatorlarının payına düşür

İnformasiya və rabitə sektorunda göstərilən xidmətlərin 60,2%-i mobil telefon operatorlarının payına düşür
# 22 sentyabr 2014 09:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İnformasiya və rabitə sektorunda 2014-cü ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə və əhaliyə 988,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5% çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərdən əldə olunmuş gəlirlərin 60,2%-i mobil telefon operatorlarının payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 8% artaraq 595 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR