Lənkəran rayonunda Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinə başlanıb - FOTO

Lənkəran rayonunda Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinə başlanıb - <span style="color: red;">FOTO
# 10 aprel 2014 16:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Lənkəran rayonunda Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinə başlanıb. APA-nın cənub bürosunun məlumatına görə, ölkə başçısının müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına inşa edilən yoldan rayonun 10 mindən çox sakini yararlanacaq.

Rayon mərkəzindən 30 kilometr aralıda yerləşən, uzun illər bərbad vəziyyətdə olan və sakinlərin gediş-gəlişində çətinliklər yaradan avtomobil yolunun birinci hissəsi 1960-cı, ikinci hissəsi isə 1976-cı illərdə çəkilsə də, yolun 18 kilometrlik ərazisində indiyədək heç bir əsaslı təmir işləri görülməyib.

Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR