ANAMA azərbaycanlıların yaşadığı ərazilərə ermənilərin çaylarla mina axıtması ehtimalını dəyərləndirəcək

ANAMA azərbaycanlıların yaşadığı ərazilərə ermənilərin çaylarla mina axıtması ehtimalını dəyərləndirəcək
# 27 may 2013 14:37 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.

N. İsmayılovun sözlərinə görə, əvvəlki illərdə çaylarda suyun səviyyəsinin artdığı dövrlərdə Ermənistan Ordusu tərəfindən təxribat məqsədi ilə işğaldan azad olunmuş ərazilərə minalar axıtması faktları qeydə alınıb.

Agentlik rəhbəri yerli icra hakimiyyətindən ANAMA-ya Ağdam ərazisindən keçən çaylarda yoxlamaların aparılması üçün müraciət daxil olduğunu vurğulayıb. Yaxın vaxtlarda ANAMA-nın mütəxəssisləri tərəfindən müəyyən olunmuş ərazilərə baxış keçirilməsi planlaşdırılır.

N. İsmayılov payız aylarında Baş Mil Kollektorunun Füzuli rayonundan keçən hissəsində kanalın dib hissəsində mina və partlamamış hərbi sursatların axtarışına başlanacağını da vurğulayıb. Onun sözlərinə görə, adıçəkilən kollektorda işlər yaz aylarına planlaşdırılsa da, təsərrüfat işləri ilə əlaqədar olaraq, əməliyyatlar payız aylarına keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR