Parisdə tanınmış almaz şirkətinin dükanından 3 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Parisdə tanınmış almaz şirkətinin dükanından 3 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
# 20 fevral 2013 01:49 (UTC +04:00)

Bakı-APA. Silahlı soyğunçular Parisin “Printemps Haussmann” univermaqında yerləşən “De Beers” almaz şirkətinin butikindən 3 milyon avro dəyərində zinət əşyaları oğurlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, basqın fevralın 19-da yerli vaxt ilə 18.45-də (Bakı vaxtı ilə 21.45-də) törədilib. Cinayətkarlar soyğunçuluq törədərkən silah işlətməyib.

Xatırladaq bu hadisədən bir sutka əvvəl Brüssel hava limanında soyğunçular “Swiss” aviaşirkətinə məxsus təyyarədən Sürixə yola salınacaq almazla dolu 120 qutu oğurlayıb. Soyğunçuluq əməliyyatı cəmi 5 dəqiqə ərzində həyata keçirilib. Məlumata görə, oğurlanmış almazların ümumi dəyəri 37,5 milyon avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR