Bu gün Kremençuq şəhərinin meri Oleq Babayev dəfn olunacaq

Bu gün Kremençuq şəhərinin meri Oleq Babayev dəfn olunacaq
# 28 iyul 2014 23:52 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər merinin səlahiyyətlərini icra edən Viktor Kalaşnik deyib.

“Vida mərasimi saat 10:00-dan 12:00-dək davam edəcək, mərasimdə iştirak etmək istəyənlər mədəniyyət sarayına gələ bilərlər”, deyə V. Kalaşnik bildirib.

Xatırladaq ki, Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, Kremençuq şəhərinin mərhum meri Oleq Babayev iyulun 26-da qətlə yetirilib. Hadisə ilə bağlı Ukrayna Cinayət məcəlləsinin 115-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işi açılıb. İstintaq-axtarış əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR