Bu ilin 8 ayında “Amrahbank” 4,5 mln. manat mənfəət əldə edib

Bu ilin 8 ayında “Amrahbank” 4,5 mln. manat mənfəət əldə edib
# 02 sentyabr 2014 11:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Amrahbank” ASC 2014-cü ilin 8 ayını 4,5 milyon manat mənfəətlə başa vurub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 8 ayında “Amrahbank”ın mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8% artaraq 4,5 mln. manat təşkil edib.

1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir.

Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com) 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hazırda bankın 22 filiali və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikanın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR