Ukraynada tranzit qaz kəmərində güclü partlayış olub

Ukraynada tranzit qaz kəmərində güclü partlayış olub
# 17 iyun 2014 18:47 (UTC +04:00)

APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna FHN-nin Poltava vilayəti üzrə idarəsinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Ukrayna FHN-nin bəyanatına əsasən, Urenqoy – Pomarı – Ujqorod qaz borusunda baş vermiş partlayışa səbəb kəmərdə germetikliyin pozulması göstərilir.

Ukrayna DİN-in əsas versiyasına görə, qaz kəmərindəki partlayışa səbəb terror aktı olub. “Partlayışla bağlı bir neçə versiya araşdırılır. Əsas versiya isə terror aktıdır. Yerli sakinlər iddia edir ki, yanğından əvvəl 2 güclü partlayış baş verib. Bu isə partlayışların qəsdən törədildiyinə ehtimal yaradır”, deyə DİN rəhbəri Arsen Avakovun bəyanatında bildirilir.

Məlumatda insident nəticəsində xəsarət alanların olmadığı, yanğının söndürülməsi istiqamətində tədbirlərin görüldüyü bildirilir.

“RİA Novosti”nin məlumatına görə, partlayış nəticəsində qazın tranzitində heç bir ciddi problem yaranmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR