Azərbaycanın informasiya və rabitə sektorunda illik artım 9% olub

Azərbaycanın informasiya və rabitə sektorunda illik artım 9% olub
# 29 dekabr 2013 14:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-noyabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1 388,1 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,4% çox xidmət göstərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3% təşkil edib.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,2%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 15,2% artaraq 821,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR