Oqtay Şirəliyev Lənkəranda vətəndaşları qəbul edib - FOTO

Oqtay Şirəliyev Lənkəranda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 17 mart 2014 13:14 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bu gün Lənkəranda vətəndaşları qəbul edib.

APA-nın cənub bürosunun məlumatına görə, Mərkəzi Rayon Xəstəxanasında keçirilən qəbul zamanı Lənkəranla yanaşı, Astara, Biləsuvar, Cəlilabad, Masallı, Cəbrayıl, Lerik və Yardımlı rayon sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 40-a yaxın vətəndaşın iştirak etdiyi görüşdə onların müalicəsi, işlə təmin edilməsi və digər müraciətlər üstünlük təşkil edib. Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR