Azərbaycan prezidenti AŞPA-nın sabiq prezidenti Rene Van der Lindeni qəbul edib

Azərbaycan prezidenti AŞPA-nın sabiq prezidenti Rene Van der Lindeni qəbul edib
# 31 oktyabr 2013 14:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni qəbul edib.

APA-nın məlumatına görə, Rene Van der Linden İ. Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Görüşdə ölkələr və xalqlar arasında humanitar və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib və Hollandiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdikləri vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR