Sergey Lavrov: “Bəzi ölkələrdəki səfirliklərimizi xüsusi təyinatlılar qoruyur”

Sergey Lavrov: “Bəzi ölkələrdəki səfirliklərimizi xüsusi təyinatlılar qoruyur”
# 19 noyabr 2013 15:06 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Sergey Lavrov deyib.

S. Lavrov bildirib ki, hərbi-siyasi vəziyyətin gərgin olduğu və kriminal təhlükələrin mövcud olduğu Liviya, İraq kimi ölkələrdə Rusiya səfirliklərini xüsusi təyinatlılar qoruyur: “Son on il ərzində biz belə kurs götürmüşük ki, səfirliklərimizin mühafizəsini həyata keçirənlər Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin əməkdaşları olsun. Əvvəllər əksər ölkələrdə, əsasən kiçik dövlətlərdə səfirlikləri müqavilə ilə işə götürülən mülki adamlar qoruyurdu. Onlar hətta silahsız idilər. Sərhədçilər isə hərbi xidmət çərçivəsində bu iş üçün xaricə göndərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR