ADA-nın Texas universitetlərinin nümayəndələri üçün keçirdiyi təlimin qapanış mərasimi olub - FOTO

ADA-nın Texas universitetlərinin nümayəndələri üçün keçirdiyi təlimin qapanış mərasimi olub - <span style="color: red;">FOTO
# 15 avqust 2013 11:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma Proqramlarının (ADA Executive Programme) Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün keçirdiyi “Azərbaycanşünaslıq” adlı təlim proqramının qapanış mərasimi olub. ADA-dan APA-ya verilən məlumata görə, mərasimdə ADA-nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da iştirak ediblər.

Təlim iştirakçılarını kursu uğurla başa vurmaları münasibətilə təbrik edən H. Paşayev tarixən Texaş ştatının ABŞ-Azərbaycan münasibətlərində oynadığı xüsusi rolu iştiraKçıların nəzərinə çatdırıb. 1990-cı illərdə “Əsrin Müqaviləsi”nin imzalanması ərəfəsində Azərbaycan nümayəndə heyətinin Texasda çoxsaylı görüşlər keçirdiyini vurğulayan H. Paşayev bu məqamın Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Texas ştatının fəxri vətəndaşı olan rektor, eyni zamanda orada keçirdiyi görüşlər, iştirak etdiyi tədbir və yüksək səviyyəli konfranslarla bağlı öz fikirlərini bölüşüb.

Texasın Hyuston şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ABŞ-Azərbaycan münasibətlərinin gücləndirilməsi istiqamətində atılmış mühüm addım hesab edən Xaliq Məmmədov isə mərkəzin Azərbaycanın tarixi, mədəniyyəti, dili və həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yaratdığını söyləyib.

Mərasimin sonunda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR