Aleksandr Lukaşenko: “Azərbaycana səfərim zamanı hərbi-texniki və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”

Aleksandr Lukaşenko: “Azərbaycana səfərim zamanı hərbi-texniki və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”
# 21 oktyabr 2013 16:19 (UTC +04:00)

APA-nın “BelTA” agentliyinə istinadən verdiyi məlumata görə, bunu oktyabrın 21-də Minskdə MDB ölkələrindən olan bəzi KİV rəhbərləri ilə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

A. Lukaşenko bildirib ki, Azərbaycan və Belarus arasında qapalı mövzu yoxdur: “Mən Bakıya gedəndə hərbi-texniki məsələlərdən tutmuş energetika məsələlərinə qədər bütün sahələr üzrə əməkdaşlığa dair dialoq aparacağıq”.


İlham Əliyevi Minskə səfər gözlədiyini qeyd edən Belarus lideri onunla bəzi problemli məsələləri müzakirə edəcəyini deyib: “Bu, bir növ mənim Bakıya səfərim ərəfəsində ilkin danışıqlar olacaq”.


Qeyd edək ki, oktyabrın 25-də Minskdə MDB dövlət başçılarının sammiti keçiriləcək. Oktyabrın 24-də isə MDB Xarici işlər nazirləri Şurasının iclası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR