Yens Stoltenberq Buxarestdə NATO-nun komanda məntəqəsini açıb

Yens Stoltenberq Buxarestdə NATO-nun komanda məntəqəsini açıb
# 02 iyul 2015 23:34 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın paytaxtı Buxarestdə Şimali Atlantika Alyansının komanda məntəqəsi açılıb.

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq iştirak edib.

“Bu o deməkdir ki, NATO burdadır və Alyans Rumıniyanı, habelə bütün tərəfdaşlarını müdafiə etməyə hazırdır. Biz daim Rusiyanın təcavüzkarlığı barədə düşünürük, NATO istənilən təhlükələrə və çağırışlara hazır olmalı, fəaliyyətini yaranmış vəziyyətə görə uyğunlaşdırmalıdır. Həyata keçirdiyimiz tədbirlər müdafiə xarakterlidir. Biz bu şəffaf cavabla azadlıq və demokratiyanı müdafiə etmək niyyətində olduğumuzu bildiririk".”, deyə Y.Stoltenberq bildirib.

Qeyd edək ki, NATO-nun baş katibi Rumıniyada işgüzar səfərdə olub, ölkə rəhbərliyi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR