XİN: İstanbuldakı partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

XİN: İstanbuldakı partlayışda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
# 29 iyun 2016 07:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “İstanbulun Atatürk hava limanında törədilən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır”.

Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, hadisə zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə araşdırır.

Qeyd edək ki, ötən axşam İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə yerinə gələn Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı nəticəsində 36 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR