Bakı Uşaq Teatrı yeni “Günahsız günahkarlar” tamaşası ilə çıxış edəcək

 Bakı Uşaq Teatrı yeni “Günahsız günahkarlar” tamaşası ilə çıxış edəcək
# 05 oktyabr 2015 07:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Uşaq Teatrı “Günahsız günahkarlar” tamaşası ilə çıxış edəcək. Teatrdan APA-ya verilən məlumata görə, tamaşa oktyabrın 7-də Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi mədəniyyət sarayında oynanılacaq.

Müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan səhnə əsəri Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Səhnə əsərində Könül Şahbazova, İlhamə Əhmədova, Rauf Hüseynli, Niyaz Qasımov, Cavanşir Məhərrəmov və başqaları rol alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR