KTMT ölkələri sərhədlərindəki nizamlanmayan regional münaqişələrdən narahatdır

KTMT ölkələri sərhədlərindəki nizamlanmayan regional münaqişələrdən narahatdır
# 15 sentyabr 2015 12:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv ölkələri sərhədlərindəki nizamlanmayan regional konfliktlərdən, eləcə də "İslam Dövləti" terrorçu qruplaşmasının fəallaşmasından narahatdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının toplantısının yekun Bəyannaməsində bildirilir.


"KTMT cavabdehliyində olan sərhəd zonalarında vəziyyətin gərginləşməsi, nizamlanmayan regional münaqişələr, "İslam Dövlət" terrorçu qruplaşmasının fəallaşması, Əfqanıstan ərazisinin narkotik istehsalının mərkəzlərindən birinə çevrilməsi xüsusi narahatlıq doğurur", - deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR