"Azercell Bonus" proqramı dayandırılır

"Azercell Bonus" proqramı dayandırılır
# 16 dekabr 2015 08:02 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı ilin fevral ayının 1-dən etibarən, fakturalı xətt sisteminə aid nömrələrin abunəçiləri üçün "Azercell Bonus" proqramı dayandırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə mobil operatorun yaydığı məlumatda deyilir.

Bildirilir ki, həmin tarixədək dəyişdirilməyən xallar ləğv olunur.

Qərar korporativ abunəçilərə şamil olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR