Azərbaycan və Qazaxstan Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradacaq

Azərbaycan və Qazaxstan Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradacaq
# 12 aprel 2016 13:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr Cavid Qurbanovla “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, C. Qurbanov Azərbycanda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, “ADY ekspess” MMC-nin , “KTZ Express” SC, GTrans Kavkasus TerminalsG MMC və GACSC Logistics MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.

Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri A. Mamın Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektikləri haqqında danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR