Lavrov: "Kiyevdən səfirliyimizə dəymiş ziyanı ödəməyi tələb edəcəyik"

Lavrov: "Kiyevdən səfirliyimizə dəymiş ziyanı ödəməyi tələb edəcəyik"
# 10 mart 2016 11:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Moskva Kiyevdən Rusiyanın Ukraynadakı diplomatik missiyasına dəymiş ziyanı ödəməyi tələb edəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Ren TV" telekanalına müsahibəsində deyib.

"Sözsüz ki, dəyən ziyanın ödənilməsini tələb edəcəyik", - deyə Rusiya XİN başçısı bildirib.

Qeyd edək ki, dünən Rusiyanın Kiyevdəki səfirliyinin binasına “Molotov kokteyli” atılıb. Kiyev polisi baş vermiş insidentlə bağlı üç nəfərin saxlandığını, faktla bağlı cinayət işi açıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR