Rejissor Fikrət Əliyev xəstəxanadan evə buraxılıb

Rejissor Fikrət Əliyev xəstəxanadan evə buraxılıb
# 13 oktyabr 2015 11:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev xəstəxanadan evə buraxılıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, həkimlər F. Əliyevin səhhətinin normallaşdığını bildiriblər.

Rejissor müalicəsini həkim nəzarəti altında evdə davam etdirəcək.

Qeyd edək ki, F. Əliyev bir neçə gün əvvəl ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Əməkdar incəsənət xadimidir.

O, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. filmlərin rejissorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR