Şirvanda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Şirvanda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 04 may 2016 15:24 (UTC +04:00)


Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisndən keçən hissəsində qeydə alınıb. Salyan sakini, 1989-cu il təvəllüdlü Qurbanov Natiq İlqar oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə Şirvan sakini, 1960-cı il təvəllüdlü Cəbiyev Balakişi Murad oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub. Nəticədə "Opel" markalı avtomobilin sürcüsü və onun sərnişinləri - 1967-ci il təvllüdlü İlqar Əlizamanov, Salyan rayon sakini, 1965-ci il tvəllüdlü Abdullayrv Mahmud Ənvər oğlu xəsarət alıblar. Onların üçü də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR