Ötən il Azəri-Çıraq-Günəşli layihəsinə çəkilən xərcin həcmi açıqlanıb

Ötən il Azəri-Çıraq-Günəşli layihəsinə çəkilən xərcin həcmi açıqlanıb
# 29 fevral 2016 11:25 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ildə Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar blokunda stabil hasilat davam edib.

"BP-Azerbaijan"dan "APA-Economics"ə verilən məlumata görə, il ərzində AÇG-dən ümumi hasilat - Çıraq (48 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (110 300), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (141 400) və Qərbi Çıraq (109 400) platformalarından birlikdə - gündə orta hesabla 634 000 barel və ya ümumilikdə 231 milyon barel, yəni 31,3 mln. ton təşkil edib.

Bildirilir ki, 2015-ci il ərzində AÇG-yə təqribən 760 mln. dollar əməliyyat məsrəfləri və 1,9 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

AÇG-də iştirak payları: BP (operator - 35,8%), SOCAR (11,6%), Chevron (11,3%), İnpex (11%), Statoil (8,6%), ExxonMobile (8%), TPAO (6,8%), İtochu (4,3%), ONGC Videsh Limited (2,7%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR