Putin on generalı istefaya göndərib

Putin on generalı istefaya göndərib
# 11 fevral 2016 11:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya prezidenti Vladimir Putin müxtəlif güc strukturlarında xidmət edən on generalı vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, prezidentin fərmanı Rusiyanın hüquq portalında yerləşdirilib. Vəzifədən azad edilənlər arasında İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə İdarəsinin rəisi Sergey Devyatov, İstintaq Komitəsinin paytaxt idarəsinin rəhbərinin müavini Aleksey Zyazev və Fövqəladə Hallar Nazirliyinin Aparat rəhbəri Robert Kireyev də var.

Həmçinin Daxili İşlər Nazirliyi və Narkotik Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin bəzi əməkdaşları vəzifələrindən azad ediliblər.

Eyni fərmanla Putin Vladislav Qorkavtsevi Daxili İşlər Nazirliyinin Antikorrupsiya İdarəsinə rəis müavini, İvan Telenkovu isə Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin Moskva idarəsinin rəhbəri təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR