Şamaxıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Şakir Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 36 yaşlı Şakir Cəfərov arvadı, 32 yaşlı Səkinə Quliyevanı döyə-döyə qətlə yetirib.
Ş.Cəfərov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.