Qubada iki maşın toqquşub, iki nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Qubada iki maşın toqquşub, iki nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 11:45 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün günorta saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Quba rayon sakini Yusif Nöhbalayevin idarə etdiyi “Nissan” markalı avtomaşınla “VAZ 21015” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21015”-də olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR