Türkiyədə çevrilişə cəhd zamanı ordu rəhbərliyinin həbsinin yeni görüntüləri yayılıb

Türkiyədə çevrilişə cəhd zamanı ordu rəhbərliyinin həbsinin yeni görüntüləri yayılıb
# 23 avqust 2016 16:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında baş vermiş hadisələrlə bağlı yeni görüntülər ortaya çıxıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, görüntülərdə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Baş Qərargahın ikinci rəisi, ordu generalı Yaşar Gülər və Quru Qoşunları komandanı Salih Zeki Çolakın silahlı əsgərlər tərəfindən aparılması əksini tapıb.

Görüntülərdə H. Akarın 15 iyul gecəsi Baş Qərargahdan çıxarılaraq Akıncı bazasına aparılması, əlləri arxadan bağlanmış Yaşar Gülər və Quru Qoşunları Komandanı Salih Zeki Çolakın yuxarı mərtəbəyə qaldırılması da aydın görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR