Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı aeroportda tutulub

Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı aeroportda tutulub
# 01 mart 2016 07:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın axtarışa verdiyi türkiyəli iş adamı tutulub.

APA-nın məlumatına görə, Azərbaycanda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunmuş Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Cem Ersoy Selçuk ötən gün Heydər Əliyev Aeroportunda Azərbaycana gələrkən saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, Cem Ersoy Selçuk Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 300 min manatlıq dələduzluqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR