Əli Abidzadə: "Azərbaycanla İran arasında uçuşların sayının artırılması üçün potensial var"

Əli Abidzadə: "Azərbaycanla İran arasında uçuşların sayının artırılması üçün potensial var"
# 16 dekabr 2019 15:52 (UTC +04:00)

“Azərbaycan və İran arasında əldə olunmuş razılığa əsasən, hər bir ölkə ayda 28 uçuş yerinə yetirə bilər ki, hazırda tərəflər arasında bu uçuşlardan hər ay yalnız 18-ni həyata keçirilir”.

Bunu İranın Aviasiya Təşkilatının sədri Əli Abidzadə “Buta Airways” tərəfindən açılan Bakı-Məşhəd çarter reysləri ilə bağlı danışarkən APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında deyib.

Uçuşların sayının hər iki tərəf üçün 28-ə çatdırılması üçün potensialın olduğunu deyən Ə. Abidzadə bildirib ki, hazırda iki ölkə arasında Tehranın İmam Xomeyni adına hava limanı, Təbrizin Şəhid Mədəni adına aeroportu və Məşhədin şəhid Haşeminejad adına beynəlxalq hava limanı ilə Azərbaycanın Heydər Əliyev Beynəlxalq Aeroportu arasında uçuşlar həyata keçirilir: “Düşünürəm, iki ölkə arasında uçuşların sayının artırılması üçün potensial var. Biz hazırda qonşu ölkə olan Azərbaycanla əlaqələrimizi inkişaf etdiririk. İki ölkə arasında uçuşların sayının artırmasını alqışlayırıq”.

Qeyd edək ki, Bakı-Məşhəd reysi üzrə uçuş həftədə iki dəfə (I və IV günü) həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR