Rusiyada İrəvandan Moskvaya gələn avtobus yük maşını ilə toqquşub, ölənlər var

Rusiyada İrəvandan Moskvaya gələn avtobus yük maşını ilə toqquşub, ölənlər var
# 20 mart 2018 08:05 (UTC +04:00)

Bu gün Rusiyanın Voronej vilayətində sərnişin avtobusu və yük maşını toqquşub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə M-4 federal magistralının 673-cü kilometrliyində baş verib.

İlkin məlumata görə, İrəvandan Moskvaya gələn sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Avtobusda 48 sərnişin və 2 sürücü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR