Daşkəsən sakini yeznəsi tərəfindən döyülüb

Daşkəsən sakini yeznəsi tərəfindən döyülüb
# 26 iyul 2017 20:40 (UTC +04:00)

Daşkəsəndə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1996-cı il təvəllüdlü Bayramov Arzu Şahləddin oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə A. Bayramov yeznəsi tərəfindən döyülüb. Səbəb isə bacısı ilə boşandığı üçün aralarında olan mübahisə olub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR