Bank Of Baku

FHN-in Türkiyədə yanğınların söndürülməsində iştirak etmiş əməkdaşlarının 2-ci qrupu Azərbaycana qayıdıb - FOTO - VİDEO - YENİLƏNİB

FHN-in Türkiyədə yanğınların söndürülməsində iştirak etmiş əməkdaşlarının 2-ci qrupu Azərbaycana qayıdıb - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 17 avqust 2021 03:50 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

00:28

 

Yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının 2-ci qrupu Azərbaycana qayıdıb.

APA-nın Heydər Əliyev Hava Limanında olan müxirinin məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 174 nəfərdən ibarət yanğın-xilasetmə qrupunun üzvlərini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı iştirak edib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR