Baş direktor: "SOCAR Polymer" 200 mln. manata qənaət edib"

Baş direktor: "SOCAR Polymer" 200 mln. manata qənaət edib"
# 28 iyul 2018 10:23 (UTC +04:00)

“SOCAR Polymer" MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşməsi müəssisəyə 200 mln. manatdan çox qənaət etməyə imkan yaradıb.

APA-Economics”in məlumatına görə, bunu “SOCAR-Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bu gün Bakıda "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, zavodlardan istehsal olunacaq xammaldan yerli müəssisələr son məhsul kimi istehsal edə bilərlər. Yerli bazarın prioritet təşkil etdiyini deyən F.Cəgərov şirkətlərə texniki dəstək göstərməyə və uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmağa hazır olduqlarını qeyd edib.

O bildirib ki, polimer qranullarının son məhsula çevrilməsi həm də əlavə iş yerlərinin açılması deməkdir: "1000 ton polimer üçün 1000 ton neftin hasil olunaraq polimer qranulları halına çevrilməsi üçün 10-12 nəfər çalışırsa, 1000 ton qranuldan son məhsul istehsalı üçün 45-50 nəfər işlə təmin olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR