Tibb ixtisasları üzrə keçiriləcək test imtahanlarının tarixi dəyişdirilib

Tibb ixtisasları üzrə keçiriləcək test imtahanlarının tarixi dəyişdirilib
# 08 iyul 2015 10:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İyulun 17-də “Urologiya”, “Şüa diaqnostikası”, “Patoloji anatomiya”, “Oftalmologiya” və “Tibb bacısı” ixtisasları üzrə keçiriləcəyi açıqlanmış test imtahanlarının tarixi dəyişdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 17-i Ramazan bayramına təsadüf etdiyindən imtahanlar iyulun 22-nə keçirilib. Saat 11-də başlanacaq imtahanda iştirak edəcək şəxslər “Buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR