Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan edib. DİM-dən APA-ya verilən xəbərə görə, ərizə qəbulunda rezidenturaya qəbul imtahanlarında iştirak etmiş və müsabiqə şərtini ödəmiş namizədlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.
2017/2018-ci tədris ili üçün rezidentura üzrə boş qalan plan yerləri aşağıdakılardır:
Azərbaycan Tibb Universiteti |
||||
311422 |
Gigiyena |
|
2 |
|
311439 |
Epidemiologiya |
|
2 |
|
|
|
|
|
|
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu |
||||
|
||||
313261 |
Narkologiya |
|
1 |
|
313278 |
Ftiziatriya |
|
1 |
|
313326 |
Gigiyena |
|
2 |
|
313334 |
Epidemiologiya |
|
3 |
|
|
|
|
|
|
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu |
||||
324115 |
Ftiziatriya |
|
1 |
|
*324123 |
Mikrobiologiya |
|
1 |
|
|
|
|
|
|
Respublika Narkoloji Mərkəzi |
||||
332118 |
Narkologiya |
|
3 |
|
|
|
|
|
|
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi |
||||
*333114 |
Mikrobiologiya |
|
1 |
|
333122 |
Gigiyena |
|
2 |
|
333139 |
Epidemiologiya |
|
2 |
|
|
|
|
|
|
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası |
||||
339117 |
Psixiatriya |
|
2 |
|
|
|
|
|
|
3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası |
||||
343118 |
Anesteziologiya-reanimatologiya |
|
2 |
|
343183 |
Laboratoriya işi |
|
1 |
|
|
|
|
|
|
İctimai Səhiyyə və İslahatlar Mərkəzi |
||||
*346115 |
Sosial gigiyena və səhiyyənin təşkili |
|
1 |
|
|
|
|
|
|
Naxçıvan Dövlət Universiteti |
||||
361132 |
Uşaq cərrahiyyəsi |
|
1 |
|
361149 |
Travmatologiya-ortopediya |
|
1 |
|
361165 |
Psixiatriya |
|
1 |
|
361198 |
Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza |
|
2 |
|
*361246 |
Sosial gigiyena və səhiyyənin təşkili |
|
2 |
|
*361254 |
Mikrobiologiya |
|
1 |
|
|
|
|
|
|
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı |
||||
362145 |
Travmatologiya-ortopediya |
|
1 |
Qeyd olunub ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.