APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Zəkəriyyə Öz hava limanında heç bir maneə ilə üzləşməyib. Z. Özün Almaniyadan başqa ölkəyə keçib-keçmədiyi isə hələlik bəlli deyil.
“Ergenekon” işində təqsirləndirilən və bir neçə il həbsxanada qalan jurnalist Tuncay Özkanın vəkili olmuş Əhməd Çörtoğlu isə Zəkəriyyə Öz və və onun həmkarı Cəlal Qaranın ölkədən qaçmasına göz yumulduğunu iddia edib.