“Bank Technique”nin filiallarından biri bağlanır

“Bank Technique”nin filiallarından biri bağlanır
# 17 iyul 2014 15:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Pərviz Nuriyev - APA-Economics. “Bank Technique” ASC-nin rəhbərliyi tərəfindən “Sənaye” filialının bağlanması barədə qərar verilib.

“Bank Technique”nin marketinq qrupunun baş mütəxəssisi Rövşən Kazımov “APA-Economics”ə deyib ki, hələlik bu filial fəaliyyət göstərir.

“Yaxın zamanlarda “Sənaye” filialı fəaliyyətini dayandıracaq. Filialın bağlanması bankın daxili qərarıdır. Aydındır ki, filialın bağlanması onun fəaliyyətinin səmərəli olmaması ilə bağlıdır. Görünür ki, xərclər gəlirlərdən çoxdur, onda filial bağlanır” - deyə R.Kazımov qeyd edib.

İşçilərin taleyinə gəlincə, R.Kazımov bildirib ki, bankın əməkdaşlarının digər filiallarda yerləşdirilməsi rəhbərliyin qərarından asılı olacaq.

Qeyd edək ki, “Bank Technique”nin 32 filialı mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR